Dünya bu gün
25 iyul 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1884. Məşhur serb terrorçu, Avstriya-Macarıstan vəliəhdinin qatili Qavrilo Prinsip anadan olub

1895. Məşhur fiziklər Pyer və Mariya Küri evlənib. Ailə qurandan bir neçə il sonra onların hər ikisi Nobel mükafatına layiq görülüb

1909. Fransız Lui Bleros ilk dəfə La Manş boğazını aeroplanla keçməyə nail olub. Uçuş 37 dəqiqə davam edib

1918. Üzdəniraq Bakı Soveti ingilislərin Bakıya dəvət olunması barədə qərar qəbul edib

1920. Yunanıstan Trakyanı işğal edib

1938. Naxçıvan MSSR Ali Sovetinin birinci çağırış birinci sessiyası işə başlayıb

1947. Praqada I beynəlxalq gənclər və tələbələr festivalı keçirilib

1951. Nazim Hikmət Türkiyə vətəndaşlığından məhrum edilib

1957. Tunisdə monarxiya ləğv edilib

1980. Rus müğənni aktyor Vladimir Vısotski vəfat edib

1984. Qadın kosmonavtlar arasında ilk dəfə Svetlana Savitskaya açıq kosmosa çıxıb

1989. Hacı Salman (Salman Musayev) Qafqaz müsəlmanlarının müftisi seçilib

1995. Yuqoslaviya üzrə Beynəlxalq hərbi tribunal serb liderlər Radovan Karaciç və Ratko Mladiçi soyqırım törətməkdə təqsirləndirib

1995. Azərbaycan və Rusiya Federasiyası arasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

2000. Qalxdıqdan 2 dəqiqə sonra səsdənsürətli “Concorde F-BTSC” təyyarəsi qəzaya uğrayıb, 110 nəfər həlak olub

2002. Aleksandr Lukaşenko ölkəyə neft gətirən şirkətlərə şəhərlərin təmizliyi ilə məşğul olan qurumları pulsuz yanacaqla təmin etmək barədə göstəriş verib

2002. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Günün aforizmi

“Yığcamlıq istedadın bacısıdır”.

A.P.Çexov
# 655

Oxşar yazılar