 
                            
                        “Mur-Ay”-ın sahibi həbs edildi
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                Bakıda xeyli insanı aldadaraq pulunu mənimsəmiş “Mur-Ay” MMC tikinti şirkətinin sədri vəzifəsində işləmiş Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Elxan Hüseynov mayın 4-də həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Yeni Yasamal massivi, Xiyabani küçəsi 18-də inşa edilən çoxmərtəbəli yaşayış binasındakı bir mənzili bir neçə şəxsə sataraq vətəndaşlara külli miqdarda ziyan vuran E.Hüseynov paytaxt ərazisində yaxalanıb. 
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən CM-nin 178.3.2 (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. E.Hüseynov istintaqdan yayındığı üçün barəsində axtarış işi açılıb.
Nizam RZA
                            
                            
                            Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən CM-nin 178.3.2 (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. E.Hüseynov istintaqdan yayındığı üçün barəsində axtarış işi açılıb.
Nizam RZA
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                