Siyəzəndə polis qardaşlar qəzaya uğradı: 2 ölü, 2 yaralı
Bu gün saat 02:00 radələrində Siyəzən rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Baş Dövlət yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Quba yolunda, Siyəzən rayonunun Zarat kəndi ərazisində 90 EE 102 nömrə nişanlı, “Mercedes” markalı avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə Siyəzən Rayon Polis Şöbəsinin polisi əməliyyat müvəkkili, 36 yaşlı Xəyyam Məmmədov və onun həyat yoldaşı hadisə yerində ölüblər.
X.Məmmədovun qardaşı, Xaçmaz Polis Şöbəsinin şəxsi heyət üzrə rəis müavini Tanrıverdi Məmmədov və onun həyat yoldaşı Vəfa Məmmədova isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, qəzaya uğramış avtomobil Xaçmaz Polis Şöbəsinin şəxsi heyət üzrə rəis müavini Tanrıverdi Məmmədova məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
Nizam Rza

Oxşar yazılar
Naxçıvanda polis vəfat etdi
28 iyul 2025 , 15:29
Gecəyarısı ailə qətliamı: Anasını və atasını öldürdü
28 iyul 2025 , 15:14
Binəqədidə ƏMƏLİYYAT: narkoşəbəkənin iki üzvü TUTULDU
28 iyul 2025 , 15:10
Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü - YENİLƏNİB
28 iyul 2025 , 14:14
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
Xaçmazda antibiotik iynəsi vurulan kişi ÖLDÜ
28 iyul 2025 , 13:17
Bakıda TİKİNTİDƏ FACİƏ: fəhlə binadan yıxılıb öldü - YENİLƏNİB
28 iyul 2025 , 13:15