Ermənilər atəşkəsi pozub
0
0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 23-də saat 19.05-dən 19.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə mövqelərdən, saat 23.05-dən 23.10-dək, fevralın 24-də saat 00.50-dən 01.05-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit və Vozaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
0
0