İki cəzaçəkmə müəssisəsinin rəhbərliyi cəzalandırıldı
29 iyul 2009 11:00 (UTC +04:00)

İki cəzaçəkmə müəssisəsinin rəhbərliyi cəzalandırıldı

Amnistiya aktının icrası müəyyən edilən müddətdə yekunlaşıb


Bu ilin martın 17-də “Novruz bayramı münasibətilə Amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarının icrası müəyyən edilən müddətdə yekunlaşıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu barədə iyulun 29-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) 2009-cu ilin birinci yarısındakı fəaliyyətinin yekunlarına həsr olunan əməliyyat şurasının iclasında bildirilib. Şurada həmçinin qeyd olunub ki, xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiyinə görə, qurumun 6 və 12 saylı cəzaçəkmə müəssisələrinin rəhbərliyi və bəzi əməkdaşları ciddi intizam məsuliyyətinə cəlb ediliblər.

Qeyd edək ki, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunmuş “Novruz bayramı münasibəti ilə “Amnistiya elan edilməsi haqqında” qərar layihəsi martın 17-də Milli Məclisdə qəbul edilib. 4 ay müddətində icra olunan “Amnistiya aktı” ictimai təhlükə törətməyənlərə, az ağır cinayətə görə məhkum edilən qadınlara, cinayət törədərkən 18 yaşına çatmayanlara, I və II qrup əlillərə, 60 yaşına çatmış kişilərə, öhdəsində yetkinlik yaşına çatmayan və ya I və II qrup əlil övladı olan şəxslərə və digər kateqoriyadan olanlara şamil olunub.

Bundan başqa, amnistiya azadlıqdan məhrum edilmiş və cəzasının bitməsinə bir il qalmış qadınlar və altı ay qalmış kişilər, azadlığın məhdudlaşdırılması cəzasının bitməsinə iki il qalmış qadınlar və bir il qalmış kişilər, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslər, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan məhkumlara tətbiq edilməklə onlar cəzadan azad edilib.

Amnistiya təqribən 9 min şəxsə şamil edilib, onlardan 1700-ə qədəri məhkumluqdan azad olunub.
# 589

Oxşar yazılar

NAXÇIVANDA DƏHŞƏT:   Ocaq qalamaq istədi, yandı

NAXÇIVANDA DƏHŞƏT: Ocaq qalamaq istədi, yandı

1 may 2024 , 23:10
“Gənclik”də sərnişin qatar yoluna düşüb

“Gənclik”də sərnişin qatar yoluna düşüb

1 may 2024 , 22:46
Göyçayda gənc qız özünü asdı

Göyçayda gənc qız özünü asdı

1 may 2024 , 20:46
Polis iş yerində özünü öldürdü

Polis iş yerində özünü öldürdü

1 may 2024 , 19:37
Azyaşlı  binadan yıxılıb   öldü

Azyaşlı binadan yıxılıb öldü

1 may 2024 , 18:45
Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR  -VİDEO

Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR -VİDEO

1 may 2024 , 16:50
Azərbaycandan çıxışına qadağa qoyulan  495 nəfərin ölkəni tərk edə bilmədi

Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk edə bilmədi

1 may 2024 , 16:03
Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

1 may 2024 , 15:52