Hüseyn Arabulun apellyasiya şikayəti təmin olunmadı
Bakı Apellyasiya Məhkəməsi “Barmek-Azərbaycan” şirkətinin sabiq prezidenti Hüseyn Arabulun barəsində seçilmiş iki aylıq həbs-qətimkan tədbirini dəyişdirməyib.
Bu barədə APA-ya Hüseyn Arabulun vəkili Abbas Atakişi məlumat verib. Vəkilin sözlərinə görə, hakim Rəsul Səfərovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxs gətirilməyib. Məhkəmə türkiyəli iş adamının apellyasiya şikayətini təmin etməyib, Səbayel rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, “Barmek-Azərbaycan” şirkətinin sabiq prezidenti Hüseyn Arabul iyunun 3-də saat 02.00 radələrində Şəmkir rayonu ərazisində Azərbaycandan Gürcüstana keçmək istəyərkən Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri tərəfindən saxlanılıb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanıb. İyunun 4-də Səbayel rayon məhkəməsinin qərarı ilə o, iki ay müddətinə həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, Hüseyn Arabul dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci ildə çıxardığı hökmə əsasən 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il müddətinə şərti cəzaya məhkum edilib. Məhkəmənin qərarına əsasən o, bu müddət ərzində Azərbaycanı tərk edə bilməz.

Oxşar yazılar

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənib öldü
14 mart 2025 , 16:48
Fatimə Mövlamlı ilə bağlı QANDONDURAN FAKT: anasını sərxoş halda döyürmüş
14 mart 2025 , 16:41
Tovuzda məktəbli oğlan özünü asdı
14 mart 2025 , 14:25
Yük maşını aşdı, “Baksol yolu” BAĞLANDI
14 mart 2025 , 14:20
Jurnalist tualetdə intihar etdi
14 mart 2025 , 14:11
Ramin Deko ilə bağlı YENİ QƏRAR
14 mart 2025 , 12:35
Ağstafada dönərdən kütləvi zəhərlənmə: Prokurorluq hərəkətə keçdi - YENİLƏNİB
14 mart 2025 , 11:18