Lent.az "26" layihəsinə start verir.
Layihənin qaydalarına əsasən, cəmiyyətdə müəyyən sahələrdə tanınmış insanlara çətinlik səviyyəsinə görə dörd kateqoriyada olmaqla, ümumilikdə 26 sual ünvanlanır.
İlk səkkiz sual - cavablandırılması asan suallar, növbəti səkkiz sual - cavablandırılması orta səviyyədə olan suallar, növbəti səkkiz sual - nisbətən, çətin suallar, son iki sual - cavablandırılması ən çətin olan suallardır.
Layihənin ideya müəllifi və aparıcısı El Romandır.
Layihənin ilk qonağı Çin əsilli, Azərbaycanda doğulub-böyüyən, milli taekvondoçu Aygün Lindir.
Aygün deyir ki, Azərbaycan mətbəxində onu ən çox təəccübləndirən yemək xaşdır. İnsanlar ona tez-tez söz atırlar, elə düşünürlər ki, o, Azərbaycan dilini bilmir. O, Çindən və Azərbaycandan yüksək vəzifə təklif edilsə, Azərbaycanı seçəcəyini deyir.
Lent.az müsahibəni təqdim edir: