Bakıda "Boranı" restoranında YANĞIN  - YENİLƏNİB
14 mart 2025 10:48 (UTC +04:00)

Bakıda "Boranı" restoranında YANĞIN - YENİLƏNİB

"Boranı" restoranında yanğın söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

***

saat 10:13

Bakıda "Boranı" restoranında yanğın başlayıb.

FHN-dən Lent.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812

Oxşar yazılar