Böyük Çin Səddi qarşısında şalvarlarını aşağı salaraq foto çəkdirən 20 yaşlı iki yapon turist Çindən deportasiya ediliblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə yanvar ayında Pekin yaxınlığında baş verib. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan bir yerdə gənc oğlan şalvarını çıxararaq foto çəkdirib. İctimai asayişi pozan şəxslər saxlanılaraq polisə təhvil verilib. Onlar iki həftəyə yaxın həbsdə saxlandıqdan sonra deportasiya ediliblər.
Turistlər hərəkətlərini izah edərək, bunu gülmək üçün etdiklərini bildiriblər. Lakin səlahiyyətlilər və pozuntunun gülməli olmadığını onların nəzərinə çatdırıblar.