Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu (əvvəlki mövzu) məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilməsi ilə bağlıdır.
Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi
ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki
məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə
yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.