Bakıda daha bir nəfər  metil spirtindən zəhərlənib öldü
14 mart 2025 16:48 (UTC +04:00)

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənib öldü

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

64 yaşlı F. Həsənov spirtli içkidən zəhərlənib. O, yerləşdiyi toksikologiya şöbəsində dünyasını dəyişib. İlkin ehtimala görə, mərhum metil spirtindən zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl Bakıda 20-dən çox adamın metil spirtindən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar