Bakıda daha bir nəfər metil spirtindən  zəhərlənib öldü
01 mart 2025 14:05 (UTC +04:00)

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənib öldü

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

43 yaşlı E. Zeynalov metil spirti içərək zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu hadisə ilə də Bakıda son həftə ərzində texniki spirtdən ölənlərin sayı 24-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1828

Oxşar yazılar