Mərkəzi Gömrük Hospitalı və Yeni Klinikanın əməkdaşlarının maaşlarını ala bilməməsi ilə bağlı iddialara aydınlıq gətirilib.
Yeni Klinika həkimlərin maaşlarını vermir?
TƏBİB də Lent.az-ın sorğusuna cavab olaraq Yeni Klinika ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib:
"Həkimlərin əməkhaqları tam həcmdə ödənilib".
Mərkəzi Gömrük Hospitalı nə deyir?
Mərkəzi Gömrük Hospitalı Lent.az-a bildirib ki, əməkdaşlarına əməkhaqqı ödənişləri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir.
Həkimlərin məzuniyyət haqları və mükafatları
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova həkimlərin məzuniyyət haqları, maddi yardım və mükafatlarının tam həcmdə ödənildiyini vurğulayıb:
"Bütün həkimlər pullarını vaxtında alırlar".
Həkimlərin maaşlarının verilməməsi ilə bağlı mediada nə yayılıb?
Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalı və Yeni Klinikada çalışan həkimlərin maaşlarının ödənilməməsi ilə bağlı məlumatlar yayılmışdı. Xüsusilə, Mərkəzi Gömrük Hospitalının həkimləri iki il ərzində maaşlarının ödənilməsində ciddi problemlərin yaşandığını bildirmişdilər. Həmçinin, Yeni Klinikada fevral ayı üçün əmək haqqının ödənilməməsinə dair iddialar ortaya çıxmışdı.