![Hüseyn Arabulun barəsində cinayət işi başlandı](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Hüseyn Arabulun barəsində cinayət işi başlandı
O, sərhədi qanunsuz keçməkdə ittiham olunur
“Barmek-Azərbaycan” şirkətinin sabiq prezidenti Hüseyn Arabulun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə APA-ya Hüseyn Arabulun vəkili Abbas Atakişi məlumat verib. Vəkilin bildirdiyinə görə, türkiyəli iş adamı hazırda Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsində saxlanılır. A. Atakişi deyib ki, onun barəsində hələ həbs-qətimkan tədbiri seçilməyib.
Qeyd edək ki, “Barmek-Azərbaycan” şirkətinin sabiq prezidenti Hüseyn Arabul iyunun 3-də saat 02.00 radələrində Şəmkir rayonu ərazisində Azərbaycandan Gürcüstana keçmək istəyərkən Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri tərəfindən saxlanılıb.
Xatırladaq ki, Hüseyn Arabul dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci ildə çıxardığı hökmə əsasən 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il müddətinə şərti cəzaya məhkum edilib. Məhkəmənin qərarına əsasən o, bu müddət ərzində Azərbaycanı tərk edə bilməz.

Oxşar yazılar
![Bakıda qara maskalılar saxlanıldı](https://lent.az/storage/news/2024/june/26/big/667bdb19d13ff667bdb19d14001719393049667bdb19d13fb667bdb19d13fd.jpg)
Bakıda qara maskalılar saxlanıldı
26 iyun 2024 , 13:10![Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin ACI TALEYİ - YENİLƏNİB](https://lent.az/storage/news/2024/june/25/big/667bd106b16b5667bd106b16b61719390470667bd106b16b1667bd106b16b3.jpeg)
Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin ACI TALEYİ - YENİLƏNİB
26 iyun 2024 , 12:33![Polisdən ŞOK ƏMƏLİYYAT: 3 milyonluq narkotik ələ keçirildi - VİDEO](https://lent.az/storage/news/2024/june/26/big/667bc0aaaf816667bc0aaaf8171719386282667bc0aaaf812667bc0aaaf814.jpg)
Polisdən ŞOK ƏMƏLİYYAT: 3 milyonluq narkotik ələ keçirildi - VİDEO
26 iyun 2024 , 11:15![Şəkidə FACİƏ: küçədə başına şüşə düşən kişi öldü](https://lent.az/storage/news/2024/june/26/big/667bbbc2440ff667bbbc2441001719385026667bbbc2440f7667bbbc2440fb.jpg)
Şəkidə FACİƏ: küçədə başına şüşə düşən kişi öldü
26 iyun 2024 , 10:56![Masazırda gənc qız hamamda boğuldu](https://lent.az/storage/news/2024/june/26/big/667ba3d9c045e667ba3d9c045f1719378905667ba3d9c0458667ba3d9c045b.jpeg)
Masazırda gənc qız hamamda boğuldu
26 iyun 2024 , 09:33![Ağcabədidə mağazadan araq və siqaret oğurlayan saxlanıldı](https://lent.az/storage/news/2024/june/26/big/667b9af947abe667b9af947abf1719376633667b9af947ab8667b9af947abb.png)
Ağcabədidə mağazadan araq və siqaret oğurlayan saxlanıldı
26 iyun 2024 , 08:33![Kəlbəcərdə "Mercedes ML" aşdı - 2 ölü, 7 yaralı](https://lent.az/storage/news/2024/june/26/big/667b36825fb4d667b36825fb4e1719350914667b36825fb47667b36825fb4a.jpg)
Kəlbəcərdə "Mercedes ML" aşdı - 2 ölü, 7 yaralı
26 iyun 2024 , 01:28![Suya tullanan 21 yaşlı gəncin başı daşa dəyərək öldü](https://lent.az/storage/news/2024/june/25/big/667b154bdf860667b154bdf8611719342411667b154bdf85c667b154bdf85e.jpg)