”Yəhova şahidləri” Hidayət Orucovu məhkəməyə verib - EKSKLÜZİV
İcma “Vəzifəli şəxsin qeyri-qanuni hərəkətindən şikayət” edib
Azərbaycanda fəaliyyət göstərən ”Yəhova şahidləri” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovu məhkəməyə verib. Lent.az-ın məlumatına görə, bu gün Azərbaycan Ali Məhkəməsində baş tutmalı olan məhkəmə prosesi təxirə salınıb.
İcma Səbael rayon Məhkəməsinə “Vəzifəli şəxsin qeyri-qanuni hərəkətindən şikayət” iddiası ilə müraciət edib. Belə ki, dini icmanın ölkəyə gətirdiyi dini ədəbiyyatlarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsində mənfi rəy verilib. Bundan sonra həmin ədəbiyyatların yayılması və satışına qadağa qoyulub, bütün kitablar yığışdırılıb. İcma bunun qanunsuz olduğunu iddia edərək Komitə sədrindən məhkəməyə şikayət edir. İcma kitabların geri qaytarılmasını və onlarla bağlı qoyulan qadağanın götürülməsini istəyir.
Səbael rayon Məhkəməsi icmanın iddiasını təmin etməyib. Daha sonra icma Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Həmin məhkəmə də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, ”Yəhova şahidləri” dini icması Azərbaycanda dövlət qeydiyyatından keçib. Lakin “Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişiklik təsdiqləndikdən sonra yeni qanunvericiliyə uyğun olaraq ölkədəki bütün dini icmalar yenidən qeydiyyata alınacaq.
Pərvin ABBASOV

Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05