“Ergenekon”çu generalın azərbaycanlı sevgilisinin əri danışdı
Bəxtiyar Salamov: “Bu barədə nə “hə”, nə “yox” deyə bilərəm”
Türkiyədə “Ergenkon”la bağlı keçirilən əməliyyatlar nəticəsində həbs olunan general Ləvənd Ərsözün sevgilisi olduğu iddia edilən azərbaycanlı Ülviyyə Salamovanın həyat yoldaşı Bəxtiyar Salamov yayılan xəbərləri təkzib etməyib.
Lent.az-ın məlumatına görə, 17 ildir, Ankaradakı Qazi Universitetində müəllimlik edən professor Bəxtiyar Salamov “Yeni Şəfəq” qəzetinin müxbirinin suallarını cavablandırıb.
O, “bu barədə yayılan xəbərlərin doğru olub-olmadığı barədə nə “hə”, nə “yox” deyə bilərəm, xəbərlər məni çox üzüb, ürək xəstəliyinə tutulmuşam”, deyib. Professor xanımının generalla əlaqəsinin olmasını təkzib etməyib və “bu məsələ barədə danışmaq istəmirəm, belə şeylərlə gündəmə gəlmək xoş deyil, 17 ildir, Türkiyədəyəm, elmi fəaliyyətlərimlə deyil, bu cür hadisələrlə tanınmağım çox üzücüdür”, deyə əlavə edib.
Bəxtiyar Salamov hazırda evliliyinin davam etdiyini söyləyib: “Yanımda mütəmadi olaraq, dərman gəzdirirəm, artıq dərmanla yaşayıram. Evdə azyaşlı uşağımız var, baş verənlərə görə çox narahatam”.
Qeyd edək ki, hazırda xəstəxanada olan Ərsözün xanımı və qızı bir müddət əvvəl intihara cəhd ediblər. Buna Ərsözün azərbaycanlı Ülviyyə Salamova ilə yaxın münasibətlərinin ortaya çıxması və generalın arvadından boşanmaq istəməsi səbəb olub. Hətta generalın qızı Fulya Ərsöz “atamı sevgilisi Ülviyyə ələ verdi, bundan sonra mənim elə bir atam yoxdur, ona sevgilisi baxar” - , deyib.

Oxşar yazılar
Gəncədə küçələri su basdı
14 may 2025 , 00:26
Lənkəranda "Audi"nin vurduğu qadın öldü
14 may 2025 , 00:10
Tanınmış teleaparıcıya qarşı TƏXRİBAT: onun adı ilə yazışdılar
13 may 2025 , 22:47
Bu il yanğınlarda 16, partlayışlarda 4 nəfər ölüb
13 may 2025 , 19:37
Bakıda evdən meyit tapıldı
13 may 2025 , 19:33
Sabirabadda bir ay əvvəl yanan 13 yaşlı qız öldü
13 may 2025 , 18:53
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
13 may 2025 , 18:29