Şərur sakini 5 gündə 15 maşını qarət edib
Mayın 17-də saat 05.00 radələrində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Quliyev şübhəli şəxs qismində Nəsimi RPİ 19-cu PB-yə aparılıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, əməliyyat tədbirləri nəticəsində V.Quliyevin bir neçə maşından oğurluq etdiyi müəyyənləşib.
Belə ki, onun may ayının 16-da və 17-də Bakı şəhər sakinləri Anar Əliyevə məxsus "VAZ-2107" markalı, Elbrus Əlizadəyə məxsus "VAZ-2106" markalı, Zaur Quliyevə məxsus "VAZ-2107" markalı, Bulud Məmmədova məxsus "VAZ-2106" markalı və Vüsal Zülfüqarova məxsus "VAZ-2107" markalı avtomaşınlardan oğurluq etməsi, Riqab Əlizadəyə məxsus "VAZ-2106" markalı və Rəşadət Əliyevə məxsus "VAZ-2107" markalı avtomaşınlardan isə oğurluğa cəhd göstərməsi, habelə mayın 12-də V.Hüseynova, R.Hacıyevə, B.Balakişiyevə, mayın 13-də A.Acalova, A.Mirzəliyevə, mayın 16-da M.İsmayılova, C.Ləzgiyevə, Ə.Səmədova və Ə.Bağırova məxsus avtomaşınlardan oğurluq etməsi məlum olub.

863