                        Gəncə sakini evinin önündə 2 aylıq qız uşağı tapıb
                                    
                                    0
                                
                                    0
                                
                                Körpə qız xəstəxanaya gətirilib
Mayın 15-i axşam saat 23:40 radələrində Kəpəz rayon Polis şöbəsinə müraciət edən Gəncə sakini Rəvan Ağayev yaşadığı binanın önündən kimsəsiz körpə qız uşağı tapdığını bildirib. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Kəpəz rayon Polis şöbəsindən məlumat verilib. Polis işçiləri tərəfindən 2 aylıq körpə xəstəxanaya gətirilib. Onun sağlam olduğu müəyyənləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Vüsalə Cənnətova