                        Terrorda yaralananlardan 6-sı müalicəsini davam etdirir
                                    
                                    0
                                
                                    0
                                
                                Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) silahlı basqın nəticəsində yaralananlardan 6-sı Bakıdakı xəstəxanalarda stasionar qaydada müalicə almaqda davam edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yaralılardan 5-i Kliniki Tibbi Mərkəzdə ümumi şöbələrə keçirilib, 1 yaralı isə 4 saylı Şəhər Klinik Xəstəxanasındadır. Hazırda stasionar müalicə alanların vəziyyətlərində yaxşılaşma qeyd olunur.
Xatırladaq ki, silahlı basqın zamanı basqınçının özü də daxil olmaqla 13 nəfər ölmüşdü. Dünyasının dəyişənlərdən 3-ü qadındır. Yaralananların sayı isə rəsmi məlumata görə 10 nəfər olmuşdu.
Elxan SALAHOV