İntihara hazırlaşan azərbaycanlıdan şok açıqlama!
15 may 2009 17:45 (UTC +04:00)

İntihara hazırlaşan azərbaycanlıdan şok açıqlama!

“Bundan BMT Baş katibinin də xəbəri var”

“Mən bu gün mayın -15-də Avropa vaxtı ilə səhər saat 08.00—12.00 arası Avropa İnsan Haqları Məhkəməsi binasının qarşısında intihar edəcəyəm”. Bunu Lent.az-a eksklüziv açıqlamasında Almaniyada yaşayan, hazırda Fransanın Strasburq şəhərində olan azərbaycanlı Rüstəm İsmayıl (İsmayılov) deyib. “Bu, hər hansı bir dəlilik əlaməti deyil. Sadəcə insan həyatına vəhşiliklərlə edilən qəsdin nəticəsidir” – deyə, o bildirib.

R.İsmayıl onu da vurğulayıb ki, mayın 15-də intihar edəcəyi ilə bağlı xəbər Avropa İnsan Haqları Məhkəməsinin sədri, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi, Avropa İnsan Hüquqları Müdafiə Komitəsinin prezidenti və başqa insan hüquqları təşkilatlarının rəhbərliyinin onun intihar edəcəyindən bir neçə aydır xəbəri var.

R.İsmayıl Lent.az saytının kollektivinə də onunla bağlı xəbərləri işıqlandırdığı üçün təşəkkür edib. O, www.rustemazeri.com saytının oxucuların diqqətinə çatdırılmasını xahiş edib.

Qeyd edək ki, Almaniyada daimi yaşayış hüququ olan Rüstəm İsmayıl 1970-ci ildə Göyçay rayonunda anadan olub. 1998-ci ildə Almaniyaya turist kimi gedib. O, hazırda 16 xəstəlikdən, o cümlədən QİÇS, infarkt, vərəm, depressiya, xroniki prostat, ikinci dərəcəli refleksiya, xroniki Hepatit A, ikinci dərəcəli sifilis, babasil xəstəliklərdən əziyyət çəkir. R.İsmayıl turist kimi gəldiyi Almaniyada Azərbaycan vətəndaşlığına aid sənədlərimi itirdiyini, ağır sətəlcəm xəstəsi olmasına baxmayaraq, Almaniya qanunlarına uyğun tibbi yardım edilmədən, qış aylarında qanunsuz olaraq küçəyə atıldığını, 1999-cu ildə polislər tərəfindən vəhşicəsinə döyüldüyünü bildirib. O, Almaniya məhkəmələrinin 5 il ərzində həkimə müraciət etməsinə belə, qadağa qoyduğunu deyib. Bundan başqa, R.İsmayıl ayağına nahaqdan 1000 avrodan çox qaz pulu yazıldığını bildirib.

R.İsmayılın məhkəmələrdən təcili olaraq Avropanın başqa ölkəsinə yerləşdirilməsini və müalicəsinə başlanmasını istəyib. O, maddi və mənəvi zərərin əvəzi olaraq 50 milyon avro məbləğində təzminat tələb edib. R.İsmayılın Almaniyada və Azərbaycanda vəkillərinin fəaliyyət göstərməsinə baxmayaraq, indiyədək təzminat ala bilməyib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar