 
                            
                        70 usta Bakı-Sumqayıt yolunu bağlamağa cəhd edib
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                Bu gün saat 11.00 radələrində bir qrup şəxs Bakı-Sumqayıt yolunu bağlamağa cəhd edib. Aksiya iştirakçılarından Kamran Yunusov Lent.az-a bildirib ki, buna səbəb yaxınlıqdakı ticarət mərkəzi rəhbərliyinin onların pulunu verməməsidir: “Biz ustayıq. Masazırla Sumqayıt arasındakı “Ədliyat” ticarət mərkəzində suvaq, kafel-metlax və s. işlər görmüşük. Ticarət mərkəzi təxminən bir aydır fəaliyyət göstərir. Lakin bizim – təxminən 70 nəfər ustanın pulunu vermirlər. Baxmayaraq ki, indiyə qədər müxtəlif günlər təyin edərək pulumuzu verməyə söz veriblər. Ancaq sonradan aldadıldığımızı bilmişik. Ustalardan eləsi var 2 min, eləsi də var 2 yüz manat alacağı var”.
K.Yunusov yolun bağlanmasına imkan verilmədiyini deyib.
Pərvin ABBASOV
                            
                            
                            K.Yunusov yolun bağlanmasına imkan verilmədiyini deyib.
Pərvin ABBASOV
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                 
    