                        54 yaşlı sürücü qəzada öldü
                                    
                                    0
                                
                                    0
                                
                                Qəzaya uğrayan sürücü yerindəcə dünyasını dəyişib 
Bu gün Gəncədə bədbəxt hadisə baş verib. 1956-cı il təvəllüdlü Gəncə şəhər sakini Məmmədov Fərman Ələsgər oğlu “Balkankar” markalı elektrik yükləyici avtomobili 2 saylı Şərab Zavodunun həyətində sürərkən idarəetməni itirib. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib. Avtomobilin aşması nəticəsində zavodun sürücüsü yerindəcə dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.
Vüsalə Cənnətova