“VAZ 2106” ilə toqquşan “Mercedes” çaya düşdü
15 may 2009 13:45 (UTC +04:00)

“VAZ 2106” ilə toqquşan “Mercedes” çaya düşdü

Sərnişin xəsarət aldı
Bu gecə Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Mirzə Abbas Abbaszadə küçəsində, Gəncə çayı üzərindəki körpüdə olub. 1984-cü il təvəllüdlü Qurbanov Ramin Həsən oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 BE 668 dövlət nömrə nişanlı avtomobil, 1987-ci il tüvəllüdlü Əliyev Rüfan Qurban oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 20 CG 895 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, “Mercedes” markalı avtomobil dəmir hasarı qıraraq, çaya düşüb, “VAZ 2106” markalı avtomobil isə yolda aşıb. Qəza nəticəsində “VAZ 2106”-nın sərnişini Nicat Əliyev xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar