Hacı Məmmədovun evini sökürlər
15 may 2009 11:00 (UTC +04:00)

Hacı Məmmədovun evini sökürlər

100-dən çox yaşı olan dördmərtəbəli binanın divarının bir hissəsi uçub

Üzeyir Hacıbəyov küçəsində, “Malakan bağı” ilə üzbəüz olan dördmərtəbəli bina tam şəkildə söküləcək. Buna səbəb həmin binanın qəzalı vəziyyətdə olmasıdır.

Bakının mərkəzində yerləşən bu bina yaşayanlar hələ bir il əvvəl evakuasiya olunub. Dünən isə binanın bir hissəsi uçub.

Lent.az-ın məlumatına görə, hazırda hadisə yerinə gələn Səbayel Rayon İcra Hakimiyyətinin nümayəndələri binada bir ailəyə məxsus əşyaların çıxarmağa başlayıb. İcra Hakimiyyətinin nümayəndələri dünən qəzalı binada baş vermiş hadisə ilə bağlı ətraflı məlumat verməyiblər.


Qeyd edək ki, bina 1906-cı ildə tikilib. 100-dən çox yaşı olan binanın sakinləri bir müddət əvvəl köçürülüb.
Xatırladaq ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mubarizə İdarəsinin hazırda həbsdə olan baş əməliyyat müvəkkili Hacı Məmmədov tutulana qədər sözügedən binada yaşayıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar