Strasburq Məhkəməsinin qarşısında intihar edən azərbaycanlını xilas ediblər
Həmyerlimiz əvvəlcə özünü yandırmaq istəyib, sonra isə həb qəbul edib
Almaniyada yaşayan azərbaycanlı Rüstəm İsmayıl Avropa İnsan Haqları Məhkəməsinin qarşısında intihara cəhd göstərib.
APA-nın Avropa bürosunun məlumatına görə, məhkəmənin həyətinə daxil olan R. İsmayıl üstünə benzin töküb və alışqanla özünə od vurmağa çalışıb. Yanğınsöndürənlərin müdaxiləsi ilə intihar cəhdinin qarşısı alınıb. İlk intihar cəhdi alınmayan azərbaycanlı mavi rəngdə olan həb qəbul edərək özünü zəhərləmək istəyib.
Ona dərhal ilkin tibbi yardım göstərilib. Hadisə yerinə gələn həkim briqadası ilkin müayinədən sonra soydaşımızın həyatı üçün təhlükə olmadığını bildirib. Həkimlər R. İsmayılın qəbul etdiyi maddənin tərkibinin hələ məlum olmadığını deyiblər. Daha sonra o xəstəxanaya aparılıb və həkim nəzarəti altındadır.
Qeyd edək ki, Almaniyada daimi yaşayış hüququ olan, Azərbaycan vətəndaşı Rüstəm İsmayıl 1970-ci ildə Göyçay rayonunda anadan olub. 1998-ci ildə Almaniyaya turist kimi gedib. R. İsmayıl hazırda 16 – QİÇS, infarkt, vərəm, depressiya, xroniki prostat, ikinci dərəcəli refleksiya, xroniki Hepatit A, ikinci dərəcəli sifilis, babasil və s. xəstəliklərdən əziyyət çəkir. O, 1998-ci ildə turist kimi gəldiyi Almaniyada Azərbaycan vətəndaşlığına aid sənədlərimi itirdiyini, ağır sətəlcəm xəstəsi olmasına Almaniya qanunlarına uyğun tibbi yardım edilmədən, qış aylarında qanunsuz olaraq küçəyə atıldığını, 1999-cu ildə polislər tərəfindən vəhşicəsinə döyüldüyünü bildirib. O, Almaniya məhkəmələrinin 5 il ərzində həkimə müraciət etməsinə belə, qadağa qoyduğunu deyib.
R. İsmayılın məhkəmələrdən təcili olaraq Avropanın başqa ölkəsinə yerləşdirilməsini və müalicəsinə başlanmasını istəyib. O, maddi və mənəvi zərərin əvəzi olaraq 50.000.000 avro dəyərində təzminat tələb edib.

598