Almaniyada yaşayan azərbaycanlı sabah intihar edəcək
O, intihar yeri olaraq Avropa Şurası İnsan Haqları Məhkəməsinin binasının qarşısını seçib
Almaniyada yaşayan, hazırda Fransanın Strasburq şəhərində olan azərbaycanlı Rüstəm İsmayıl (İsmayılov) sabah – mayın 15-də intihar edəcək. Bu barədə Lent.az-a soydaşımız özü məlumat verib. R.İsmayıl intihar yeri olaraq Avropa Şurası İnsan Haqları Məhkəməsinin binasının qarşısını seçdiyini və orada ağzı bağlı şəkildə intihar edəcəyini deyib. “Bir neçə gün ərzində hər gün Strasburqda Avropa Parlamentinin qarşısında aksiya keçirdim. Avropa İnsan Haqları Məhkəməsinə də getdim. Orada Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşmək istəsəm də alınmadı. Belə ki, orada bir xanımın telefon nömrəsini verdilər. O xanım dedi ki, nümayəndə sizinlə görüşə bilməyəcək, gərək Almaniya nümayəndiliyi ilə görüşəsiniz. Ancaq mən Almaniya nümayəndəsi ilə görüşməyərək yenidən Avropa Parlamentinin qarşısında aksiya keçirməyə getdim. Mayın 15-də isə intihar edəcəyəm” – deyə, o bildirib.
Almaniyada daimi yaşayış hüququ olan, Azərbaycan Respublikasının vətəndaşı Rüstəm İsmayıl 1970-ci ildə Göyçay rayonunda anadan olub. 1998-ci ildə Almaniyaya turist kimi gedib. O, hazırda 16 xəstəlikdən, o cümlədən QİÇS, infarkt, vərəm, depressiya, xroniki prostat, ikinci dərəcəli refleksiya, xroniki Hepatit A, ikinci dərəcəli sifilis, babasil xəstəliklərdən əziyyət çəkir. R.İsmayıl turist kimi gəldiyi Almaniyada Azərbaycan vətəndaşlığına aid sənədlərimi itirdiyini, ağır sətəlcəm xəstəsi olmasına Almaniya qanunlarına uyğun tibbi yardım edilmədən, qış aylarında qanunsuz olaraq küçəyə atıldığını, 1999-cu ildə polislər tərəfindən vəhşicəsinə döyüldüyünü bildirib. O, Almaniya məhkəmələrinin 5 il ərzində həkimə müraciət etməsinə belə, qadağa qoyduğunu deyib. Bundan başqa, R.İsmayıl ayağına nahaqdan 1000 avrodan çox qaz pulu yazıldığını bildirib.
R.İsmayılın məhkəmələrdən təcili olaraq Avropanın başqa ölkəsinə yerləşdirilməsini və müalicəsinə başlanmasını istəyib. O, maddi və mənəvi zərərin əvəzi olaraq 50 milyon avro məbləğində təzminat tələb edib. R.İsmayılın Almaniyada və Azərbaycanda vəkillərinin fəaliyyət göstərməsinə baxmayaraq, indiyədək təzminat ala bilməyib.
Xatırladaq ki, R.İsmayıl 2009-cu il mayln 15-də intihar edəcəyini ilk dəfə keçən ilin dekabrında Lent.az-a verdiyi geniş müsahibədə açıqlayıb.
Pərvin ABBASOV

632