                        Tələbə qızı qarət edən şəxs tutuldu
                                    
                                    0
                                
                                    0
                                
                                Bakıda soyğunçuluqda təqsirləndirilən şəxs yaxalanıb. 
Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs 1988-ci il təvəllüdlü Səbinə Nəsrəddin qızı Əliyevaya zor tətbiq edərək içərisində 100 manat, 500 ABŞ dolları, mobil telefon, tələbə bileti və 3 ədəd bankomat kartı olan əl çantasını əlindən alıb qaçıb.
Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin (CAİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən, 1985-ci il təvəllüdlü Kəramət Vəli oğlu Sadıxov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Şəhriyar Əlizadə