Bakıda saxta diplom satan 2 nəfər tutulub
13 may 2009 11:15 (UTC +04:00)

Bakıda saxta diplom satan 2 nəfər tutulub

Bakıda saxta diplom satan şəxslər saxlanılıblar.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Xanlar Kərimov və Adil Xudayarov tutulublar.

Onlar cinayət əlaqəsinə girərək Məmmədov Emil Xanlar oğlunun adına Tibb Universitetini bitirməsi barədə 1 ədəd, Axundov Elqar İmran oğlunun adına Neft Akademiyasını bitirməsi barədə 1 ədəd saxta diplomu hazırlayaraq, hər birini 350 manata satarkən yaxalanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar