Nardaranda yanacaqdoldurma məntəqəsinə basqın edilib
12 may 2009 21:10 (UTC +04:00)

Nardaranda yanacaqdoldurma məntəqəsinə basqın edilib

Nardaran qəsəbəsində yanacaqdoldurma məntəqəsinə basqın olub.

Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən məlumat verilib. Hadisə mayın 10-dan 11-ə keçən gecə baş verib.

Naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən “Halal” yanacaqdoldurma məntəqəsinə daxil olaraq orada operator işləyən Qubad Abbasova zor tətbiq etməklə pul tələb ediblər. Lakin operator pulunun olmadığını bildirib. Basqınçılar məntəqəni və Q. Abbasovun üstünü axtarsalar da, heç nə tapa bilməyib, ərazini tərk ediblər.

Sabunçu polisi hazırda həmin şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar