Ağciyər xəstəlikləri dispanserində qətl
12 may 2009 19:00 (UTC +04:00)

Ağciyər xəstəlikləri dispanserində qətl

Xəstə bıçaqla qətl törətdi

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 11-də saat 19 radələrində Zığ qəsəbəsində yerləşən Ağciyər xəstəlikləri dispanserində müalicə alan 1959-cu il təvəllüdlü Pənah Ağayar oğlu Allahverdiyev bıçaqla 1966-cı il təvəllüdlü Sücayət Zülfüqar oğlu Əsgərovu şəxsi münaqişə zəminində qətlə yetirib.

P.Allahverdiyev Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Şəhriyar Əlizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar