Qanunsuz ov edən Nemət Pənahlı 1000 manat cərimələnib - EKSKLÜZİV
Milli Azadlıq Hərəkatının tanınmış simalarından biri, Milli Dövlətçilik Partiyasının (MDP) sabiq sədri Nemət Pənahlı ilə bağlı məhkəməyə müraciət edilib. Lent.az-ın məlumatına görə, Pənahlı Nemət Əhəd oğlu İsmayıllı Dövlət Təbiət Qoruğu tərəfindən cərimə olunub. Buna səbəb kimi isə N.Pənahlının qoruq ərazisində, yəni qadağan olunmuş yerdə ov etməsi göstərilib. Qadağanı pozmasını əsas kimi gətirən qoruq işçiləri N.Pənahlını 1000 manat məbləğində cərimə edib.
N.Pənahlı isə cərimə qərarı ilə razılaşmayaraq, Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə sabiq hərəkatçının xeyrinə qərar çıxararaq, qoruğun kəsdiyi cəriməni ləğv edib.
Lakin rayon məhkəməsinin qərarı ilə razılaşmayan İsmayıllı Dövlət Təbiət Qoruğu bu dəfə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Hazırda iş hakim Ülvi Mayılovun icraatındadır. Proses mayın 15-də keçiriləcək.
Lent.az-ın əldə etdiyi məlumata görə, N.Pənahlı bu işlə bağlı özünə vəkil də tutub.
Faktı Lent.az-a təsdiqləyən N.Pənahlı bu və digər mövzularla bağlı danışmaq istəmədiyini deyib. Sabiq hərəkatçı 3 ildir heç bir KİV-ə açıqlama vermədiyini, indi də bu ənənəni pozmaq istəmədiyini bildirib.
Pərvin ABBASOV

927