“Terrorla bağlı tutulanlar çox şey danışdılar”
Hüquq müdafiəçisi: “Neft Akademiyasına basqınla əlaqədar saxlanılan Nadir Əliyev özünü qismən təqsirli bilir”
Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) ikinci korpusunda törədilən cinayətdə təqsirləndirilərək həbs olunan və hazırda Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCİM) təcridxanasında saxlanılan şəxslərlə görüşüb.
Bu barədə Lent.az-a hüquq müdafiəçisi özü məlumat verib. O, ümumilikdə təcridxanada saxlanılan 8 nəfər azərbaycanlı ilə görüşdüyünü bildirib: “O cümlədən, Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Mədət Kazımovla görüşdüm. Nadir Əliyev 1984-cü il, Ariz Qabulov isə 1975-ci il təvəllüdlüdürlər, onların hər ikisi Gürcüstan vətəndaşıdır. Düzdür, görüşdüyüm şəxslər mənə çox şeyi danışdılar. Ancaq istintaq sirri olduğundan açıqlaya bilmirəm. Saxlanılan 8 nəfərin hamısının bu cinayətlə bağlı tutulduğunu, adlarını, o cümlədən kimliklərini açıqlaya bilmərəm. Yalnız onu deyə bilərəm ki, Mədət Kazımov özünü təqsirli bilmir.
O deyir ki, Neft Akademiyasında baş verən cinayəti törətməkdə təqsirləndirilən Fərda Qədirovun istifadə etdiyi mobil telefonun nömrəsini bir müddət əvvəl itirib. Həmin nömrəni Fərda Qədirovun istifadə etdiyini isə bilməyib. Bir də Nadir Əliyev Neft Akademiyasındakı hadisəyə görə özünü qismən günahkar bilir. Mən görüşdüyüm şəxslərin hamısından döyülüb-döyülmədiyini soruşdum, bədənlərinə baxdım. Heç biri saxlanmadan, onlara qarşı münasibətdən şikayətləri olmadı”.
Xatırladaq ki, aprelin 30-da baş vermiş hadisə zamanı Gürcüstan vətəndaşı olan Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonra isə intihar edib.
Pərvin ABBASOV

Oxşar yazılar

"Azərbaycana gəlib yatırım qoymuşam" - Yarım milyardlıq MƏHKƏMƏ İŞİ
18 aprel 2025 , 12:48
Şagird çəkiclə müəllimin başına vurdu
18 aprel 2025 , 11:52
Qazinin polis postunda ürəyi getdi - VİDEO
18 aprel 2025 , 11:26
Xırdalanda ŞOK: 12 mərtəbəli binadan özünü atan yeniyetmə SAĞ QALDI
18 aprel 2025 , 11:24
Şabranda selin apardığı neftçi ilə bağlı YENİ FAKTLAR - Evinə gedirmiş...
18 aprel 2025 , 10:14
Qaynını güllələyən yeznə həbsdə öldü - ŞƏKİDƏ
18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı
18 aprel 2025 , 09:41