Sumqayıtda Ermənistan bayrağı yandırılıb
Şuşanın erməni hərbi birləşmələri tərəfindən işğalının 17-ci ildönümü ilə bağlı Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycanın bir neçə rayonunda etiraz aksiyası keçirməyə cəhd edib.
QAT-ın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təşkilatın təşəbbüsü ilə Sumqayıt Müəllimlər İnstitutunun akt zalında anım mərasimi keçirilib. Mərasimdən sonra institutun binası qarşısına toplaşanlar tədbiri aksiya şəkilində davam etdiriblər. QAT üzvləri burada Ermənistan bayrağını yandırıblar.
Sonra aksiya iştirakçıları şəhərin “Nizami” parkına tərəf yürüş etməyə cəhd ediblər. Lakin yürüşün qarşısı Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən alınıb. Aksiya iştirakçılarından 10 nəfər saxlanılaraq, polis idarəsinə aparılıb. Analoji vəziyyət Bərdə şəhərində də baş verib.
Burada da polis təşkilatın Ağdam, Tərtər və Bərdə rayon şöbələrinin yürüş-mitinq keçirmək cəhdinin qarşısını alıb. Lakin aksiya iştirakçılarından saxlanılan olmayıb. Gəncə, İmişli, Şəki, Ağsu və Mingəçevirdə isə QAT üzvləri adıçəkilən şəhərlərin şəhidlər xiyabanında anım mərasimi keçiriblər. Mərasimlərin sonunda Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

Oxşar yazılar

Şagird çəkiclə müəllimin başına vurdu
18 aprel 2025 , 11:52
Qazinin polis postunda ürəyi getdi - VİDEO
18 aprel 2025 , 11:26
Xırdalanda ŞOK: 12 mərtəbəli binadan özünü atan yeniyetmə SAĞ QALDI
18 aprel 2025 , 11:24
Şabranda selin apardığı neftçi ilə bağlı YENİ FAKTLAR - Evinə gedirmiş...
18 aprel 2025 , 10:14
Qaynını güllələyən yeznə həbsdə öldü - ŞƏKİDƏ
18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı
18 aprel 2025 , 09:41
Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü
18 aprel 2025 , 09:37