Millət vəkili teleaparıcının üstünə bıçaq çəkdi
“Qızımdan ayrılmasan, səni öldürəcəm!”
Dünən Bakıda ilginc bir hadisə baş verib. Azərbaycan Milli Məclisinin deputatlarından biri telekanallardan birinin məşhur aparıcısını ölümlə təhdid edib. Bu barədə Lent.az-a hadisənin şahidləri məlumat verib.
Bir qrup şəxslə telekanalın binasına gələn millət vəkili aparıcını zorla maşına əyləşdirərək, Bakı ətrafındakı yerlərdən birinə aparıb. Teleaparıcıya bıçaqla hücum edən millət vəkili onun qızından ayrılmasını tələb edib, əks təqdirdə, onu öldürəcəyini bildirib.
Qeyd edək ki, həmin teleaparıcı ilə millət vəkilinin qızı uzun müddətdir ki, bir-birlərini sevirlər. Onlar rəsmi nikaha daxil olmaq istəsələr də, millət vəkili buna razılıq vermir və etirazını bildirir.
Məlumata görə, bu, deputatın aparıcıya birinci hədəsi deyil. O, əvvəllər də teleaparıcını hədələyərək, qızı ilə münasibətləri kəsməsini tələb edib.
Hadisə iştirakçılarının adları Lent.az-a bəlli olsa da, tərəflərin heç birindən münasibət öyrənmək mümkün olmadığından hələlik adları açıqlamırıq.

Oxşar yazılar

"Azərbaycana gəlib yatırım qoymuşam" - Yarım milyardlıq MƏHKƏMƏ İŞİ
18 aprel 2025 , 12:48
Şagird çəkiclə müəllimin başına vurdu
18 aprel 2025 , 11:52
Qazinin polis postunda ürəyi getdi - VİDEO
18 aprel 2025 , 11:26
Xırdalanda ŞOK: 12 mərtəbəli binadan özünü atan yeniyetmə SAĞ QALDI
18 aprel 2025 , 11:24
Şabranda selin apardığı neftçi ilə bağlı YENİ FAKTLAR - Evinə gedirmiş...
18 aprel 2025 , 10:14
Qaynını güllələyən yeznə həbsdə öldü - ŞƏKİDƏ
18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı
18 aprel 2025 , 09:41