Dehli-London təyyarəsi Bakıya məcburi eniş edib
04 may 2009 18:30 (UTC +04:00)

Dehli-London təyyarəsi Bakıya məcburi eniş edib

Buna səbəb təyyarənin yük bölməsində yanğının baş vermə təhlükəsi olub


Dünən Dehlidən (Hindistan) Londona (Böyük Britaniya) uçan «Boeing-777-300 ER» sərnişin təyyarəsi Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Bu barədə «APA-ECONOMICS»ə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

M.Səfərlinin sözlərinə görə, mayın 3-də saat 17:21-də Hindistanın «Jet AirWays» aviaşirkətinə məxsus təyyarə Bakıda məcburi eniş həyata keçirib: «Buna səbəb təyyarənin yük bölməsində yanğının baş vermə təhlükəsi olub. Bakı limanında enən avialaynerdən bütün sərnişinlər düşürdülüb və aeroportda xüsusi zonada yerləşdirilib».


AZAL-ın xidmət rəisi onu da bildirib ki, təyyarədə mövcud olan problem aradan qaldırılandan sonra, «Boeing-777-300 ER» avialayneri mayın 4-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:32-də Azərbaycan paytaxtından Londona uçub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 857

Oxşar yazılar