İcra nümayəndəsinin sürücüsü yol qəzasında öldü
Zaqatala rayon İcra Hakimiyyətinin Zaqatala şəhəri üzrə nümayəndəsi Habil Qurbanovun sürücüsü yol qəzasında ölüb.
Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza Xaldan-Balakən magistral yolunun 132-ci kilometrliyində - Zaqatala şəhəri ərazisində qeydə alınıb. Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Məhərrəmov Tərlan Əli oğlu Balakəndən Zaqatala rayonu istiqamətində hərəkət edərkən idarə etdiyi özünə məxsus “Mercedes-190” markalı, 62 BE 581 dövlət nişan nömrəli avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.
Avtomobil elektrik dirəyinə çırpıldıqdan sonra yolun sol ehtiyat hissəsindəki çuxura yuvarlanıb. Nəticədə T. Məhərrəmov hadisə yerində keçinib.
Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

890