“Fərda Qədirovun cəsədi “morq”dadır”
04 may 2009 10:00 (UTC +04:00)

“Fərda Qədirovun cəsədi “morq”dadır”

“Atası Fərda Qədirovun meyitinə baxıb, tanıyıb və oğlundan imtina edib”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev deyib.

Onun sözlərinə görə, cəsədin meyitxanadan götürülməsi barədə bəzi KİV-lər tərəfindən yayılan məlumatlar yanlışdır: “Hazırda cəsəd “morq”da saxlanılır, amma onun harada saxlanıldığını söyləyə bilmərəm. Çünki bunlar istintaqa aid olan məsələlərdir. Cəsədin buradan nə vaxt görüləcəyini hüquq-mühafizə orqanları, istintaq müəyyənləşdirir. Prokurorluq orqanları nə vaxt qərar versə, onda da meyit götürüləcək”.

Qeyd edək ki, F. Qədirov aprelin 30-da Dövlət Neft Akademiyasına silahlı basqın edərək 12 nəfəri öldürməkdə və 13 nəfəri yaralamaqda təqsirli bilinir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929

Oxşar yazılar