Şabranda qəza: dayı və bacıoğlu öldü
Bu gecə 02.00 radələrində Gəndob-Yalama yolunun 2-ci km-də, Şabran rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Şabrandan Xaçmaz istiqamətinə hərəkət edən Xaçmaz şəhər sakini, 30 yaşlı Cövdət Dadaşov idarə etdiyi “Ssong Yong” markalı, 10 MS 925 dövlət nömrə nişanlı avtomaşınla yoldan çıxaraq tikilməkdə olan beton körpüyə çırpılıb, daha sonra dərəyə düşüb.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində sürücü və maşında olan sərnişin Cövdət Dadaşovun dayısı, Şabran rayon sakini, 50 yaşlı Elşən Babayev hadisə yerindəcə dünyasını dəyişib. Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi Hikmət Kərimov Lent.az-a bildirib ki, ilkin ehtimallara görə, qəzaya yüksək sürət və yolun buz bağlaması səbəb olub. Hikmət Seyidovun sözlərinə görə, dayı və bacıoğlu yeni maşın alıb Xaçmaza qayıdırlarmış.
Qeyd edək ki, qəzadan sonra maşın tanınmaz vəziyyətə düşüb. Meyitləri maşından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Vəli Turan

746