Tovuzda dəhşətli intihar
13 dekabr 2010 12:42 (UTC +04:00)

Tovuzda dəhşətli intihar

Dekabrın 12-də səhər saatlarında Tovuz rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Alakol kənd sakini 1955-ci il təvəllüdlü Sadıqov Vaqif Məşədi oğlu özünü yandırıb. O, yaşadığı evin ikinci mərtəbəsində qapıları və pəncərələri bağlayaraq üzərinə benzin töküb və özünə od vurub.


Həmin vaxt evdə heç kim olmayıb. 55 yaşlı kişinin ailə üzvləri həyətdə təsərrüfat işlər ilə məşğul imiş və bu zaman V.Sadıqovun oğlu pəncərədən otağın alovlandığını görüb. Ailə üzvləri qapını açmaq istəsə də, buna müvəffəq olmayıblar. Mərhumun oğlu tez nərdivan gətirərək pəncərəni sındırıb və otağa daxil olub.


Qonşuların da köməyə gəlməsi ilə alovu söndürmək mümkün olub, lakin 55 yaşlı kişinin həyatının xilas etmək baş tutmayıb. Ailə üzvləri onun cəsədini yanmış vəziyyətdə aşkarlayıblar.


Məlumatda o da bildirilir ki, intihar etmiş kişi uzun illər Rusiya Federasiyasında ticarətlə məşğul olub. Bu müddətdə onun ailəsinin dolanışığı da pis olmayıb. Lakin son vaxtlar vəziyyət dəyişib. V.Sadıqov Azərbaycana qayıtmalı olub və onun çətin günləri başlayıb.


Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788

Oxşar yazılar