Baş Prokurorluq Fuad Qəhrəmanlı ilə bağlı müraciəti araşdırır
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, 4-cü çağırış Milli Məclis üzvlüyünə namizəd olmuş Hafiz Hacıyev, Əhəd Abıyev və Hüseynbala Mirələmov oktyabrın 30-da İTV-də yayımlanan “Xalq Seçir” verilişində digər namizəd Fuad Qəhrəmanlı tərəfindən ünvanlarına təhqiramiz ifadələr işlədildiyinə görə, sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində xüsusi ittiham qaydasında Yasamal rayon Məhkəməsinə şikayət veriblər. Məhkəmə Fuad Qəhrəmanlının cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilməsi barədə Baş Prokurorluğa müraciət ünvanlayıb. Həmin müraciətlər Baş Prokurorluqda müvafiq qaydada baxıldıqdan sonra bu barədə rayon məhkəməsinə cavab veriləcək.
Qeyd edək ki, dekabrın 3-ü Yasamal rayon Məhkəməsində millət vəkili Hüseynbala Mirələmov, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və sabiq deputat Əhəd Abıyevin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlıya qarşı iddiaları əsasında ayrı-ayrılıqda məhkəmə proseslərinin hazırlıq iclasları keçirilib. Hər üç proses dekabrın 10-na qədər təxirə salınıb. Bildirilib ki, Seçki Məcəlləsinin 70-ci maddəsinə əsasən, deputatlığa namizədin barəsində xüsusi ittiham qaydasında cinayət işi başlamaq üçün respublika prokurorunun icazəsi olmalıdır. Bununla bağlı məhkəmə Respublika Prokurorluğuna müraciət etməyi qərara alıb.
Xatırladaq ki, millət vəkili Hüseynbala Mirələmov, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və sabiq deputat Əhəd Abıyev Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Fuad Qəhrəmanlının Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər.

Oxşar yazılar

Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00
Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55
Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39