Lökbatanda vulkan püskürüb
Oktyabrın 9-da Qaradağ rayonu ərazisində, Lökbatan qəsəbəsindən 250-300 metr aralıda yerləşən palçıq vulkan püskürüb. Püskürmə günorta saatlarında baş verib.
Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, gurultulu səslə başlayan vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Püskürmə 1 saata yaxın davam edib, formalaşan sarımtıl qara rəngli palçıq axını vulkanın qərb yamacı istiqamətində yayılıb.
AMEA-nın Geologiya İnstitutunun palçıq vulkanizmi və böyük dərinliklərin neftqazılılığı laboratoriyasının rəhbəri, professor Adil Əliyev Lent.az-a açıqlamasında püskürmə ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna da məlumat daxil olduğunu və hazırda ərazidə Geologiya İnstitutunun əməkdaşlarının olduğunu bildirib. Onun sözlərinə görə, ətraflı məlumat günortadan sonra yayılacaq.
Xatırladaq ki, Lökbatandakı palçıq vulkanında ilk püskürmə 1829-cu ildə qeydə alınıb. İndiyədək həmin vulkan 22 dəfə püskürüb. Sonuncu püskürmə hadisəsi bu ilin fevralında baş vermişdi. O zaman vulkan brekçiyasında 20-30 dərəcə temperatur müşahidə olunmuşdu.
Elxan SALAHOV

Oxşar yazılar

3 gün öncə qəzada yaralanan şəxs dünyasını dəyişdi - YENİLƏNİB2
12 iyun 2025 , 01:48Astarada bədbəxt hadisə - 2 yaşlı uşaq hovuza düşdü
11 iyun 2025 , 22:43
Sumqayıtda yeniyetmə həmyaşıdını bıçaqladı
11 iyun 2025 , 21:35
Bakıda kişinin meyiti tapıldı - Ölüm səbəbi BİLİNMİR
11 iyun 2025 , 19:33
Dövlət Sərhəd Xidmətinin mayorunu döyən idmançıların məhkəməsi başladı
11 iyun 2025 , 18:33
Əlikram Bayramovun qardaşı oğlu YOXA ÇIXDI - VİDEO
11 iyun 2025 , 18:02
Azərbaycanlı biznesmen Ukrayna pasportunu cırdı - SƏBƏB
11 iyun 2025 , 17:28