Skinxedlər “AzerRos”un vitse-prezidentinin oğlunu döyüblər
07 aprel 2009 11:30 (UTC +04:00)

Skinxedlər “AzerRos”un vitse-prezidentinin oğlunu döyüblər

Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) vitse-prezidenti Mehriban Sadıxovanın oğlu, 1991-ci il təvəllüdlü Rafael Sadıxov dünən axşam radələrində yaşadığı evin yaxınlığında bir qrup şəxs tərəfindən döyülüb.


Mehriban Sadıxovanın APA-nın Moskva bürosuna verdiyi açıqlamaya görə, oğlunu döyən şəxslər “qaraları öldür, onları məhv elə” kimi şüarlar səsləndiriblər ki, bu da cinayətin milli zəmində baş verdiyini təsdiqləyir: “Mən dərhal baş verən hadisə ilə Kotlovka daxili işlər şöbəsinə müraciət elədim. Cinayətkarlardan üçünü həmin gün həbs elədilər və Rafael Sadıqov üzləşmə zamanı onları tanıdı. Məlum oldu ki, həmin gün onlar təkcə oğlumu deyil, daha bir neçə nəfəri, o cümlədən Tacikistan vətəndaşını milli zəmində döyüblər”.


“AzerRos” bununla bağlı bu gün Moskva şəhər daxili işlər idarəsinin rəisi, general-mayor Vladimir Proninə müraciət eləyərək hadisənin təhqiqatının öz nəzarətinə götürməyi xahiş eləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198

Oxşar yazılar

İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini öldürdü

İsrail HƏMAS-ın snayper dəstəsinin komandir müavinini öldürdü

13 aprel 2025 , 21:30
Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

13 aprel 2025 , 20:34
Ağdamda AĞIR QƏZA:  yaralılar var -FOTOLENT

Ağdamda AĞIR QƏZA: yaralılar var -FOTOLENT

13 aprel 2025 , 18:10
Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

13 aprel 2025 , 17:25
Ağdamda azyaşlını it dişlədi

Ağdamda azyaşlını it dişlədi

13 aprel 2025 , 15:33
Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

13 aprel 2025 , 15:00
Bakıda kafe yandı

Bakıda kafe yandı

13 aprel 2025 , 14:36
Ucarda zəncirvari qəza:  xəsarət alanlar var -FOTOLENT

Ucarda zəncirvari qəza: xəsarət alanlar var -FOTOLENT

13 aprel 2025 , 14:30