Ağsu rayonunda 27 yaşlı qadın dərmandan zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.
Kənd sakini Mustafalı Rəqsanə dərmandan zəhərlənmə diaqnozu ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(APA)