Naxçıvan-Sədərək magistralında QƏZA:  5 nəfər yaralandı
12 aprel 2025 21:52 (UTC +04:00)

Naxçıvan-Sədərək magistralında QƏZA: 5 nəfər yaralandı

Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayon ərazisindən keçən hissəsində qəza baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı iki avtomobilin toqquşması nəticəsində Şərur rayon sakinləri - 1968-ci il təvəllüdlü Şükürova Xumar Şükür qızı, 1980-ci il təvəllüdlü Fərəcov Elməddin Elçin oğlu, 1986-cı il təvəllüdlü Məmmədova Günay Yavər qızı, 1990-cı il təvəllüdlü Tağıyev Qadir Heydər oğlu və 2010-cu il təvəllüdlü Fərəcli Elvinə Elməddin qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar