Ucarda zəncirvari qəza:  xəsarət alanlar var -FOTOLENT
13 aprel 2025 14:30 (UTC +04:00)

Ucarda zəncirvari qəza: xəsarət alanlar var -FOTOLENT

Ucarda zəncirvari qəza olub, xəsarət alanlar var.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə gündüz saatlarında rayonun H. Əliyev prospektində baş verib.

Prospektdə hərəkətdə olan "VAZ- 2106", "VAZ- 2107" və "FORD" markalı avtomobillərin toqquşması nəticəsində Ucar rayon sakinləri- 1979- cu il təvəllüdlü Gülbəniz Eldar qızı Seyfullayeva, bacısı, 1972-ci il təvəllüdlü Aybəniz Eldar qızı Məmmədova, 1998- ci il təvəllüdlü Hüseyin Bəxtiyar oğlu Xəlilov və Göyçay rayon sakini, 1964- ci il təvəllüdlü İntiqam Kərim oğlu İsmayılov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822

Oxşar yazılar