Qəbələdə dəm qazından zəhərlənmə qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, hadisə Qəbələ rayonunda baş verib.
53 yaşlı Hacibalayeva Xatirə Məzahir qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Aparılan bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.