O da “Bavariya”dan  gedə bilər:   London klubları maraqlanır
13 aprel 2025 16:24 (UTC +04:00)

O da “Bavariya”dan gedə bilər: London klubları maraqlanır

"Bavariya"nın yarımmüdafiəçisi Kinqsli Koman yayda komandadan ayrıla bilər.

Lent.az-ın xarici KİV-ə istinadla bildirdiyinə görə, 28 yaşlı oyunçu klubu dəyişmək niyyətində olduğunu Münhen təsmilçisinin rəhbərliyinə çatdırıb.  Futbolçu ilə hazırda Səudiyyə Ərəbistanı klubları maraqlanır.

Avropaya gəldikdə, Londonun iki klubu - "Arsenal" və "Tottenhem" futbolçunu transfer etmək niyyətindədir.

Bu mövsüm Kinqsli 34 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1316

Oxşar yazılar