İmişlidə maşın piyadanı vurub  xəstəxanalıq etdi
13 aprel 2025 07:32 (UTC +04:00)

İmişlidə maşın piyadanı vurub xəstəxanalıq etdi

0

İmişli rayonunda avtomobil qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb.

Belə ki, “Ford” markalı minik avtomobili kənd sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Xəyal Əziz oğlunu vurub.

X.Rüstəmov ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1740

Oxşar yazılar