Bakıda evdə yanğın:  1 nəfər xəsarət alıb
13 aprel 2025 14:20 (UTC +04:00)

Bakıda evdə yanğın: 1 nəfər xəsarət alıb

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 20 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776

Oxşar yazılar