Toyda adam öldürdülər
Ağdaşda baş vermiş hadisənin qan davası ilə bağlı olduğu bildirilir
Azərbaycanın Ağdaş rayonunda toy mərasimində qətl hadisəsi baş verib. Ağdaş rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon mərkəzində fəaliyyət göstərən “Səma” şadlıq sarayında qeydə alınıb.
Həmin ünvanda keçirilən toy mərasiminə qonaq qismində dəvət olunan, Ağdaş şəhər sakini, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov qanunsuz gəzdirdiyi “Makarov” tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimova atəş açıb. R. İbrahimov aldığı güllə yarasından hadisə yerindəcə keçinib. Hadisəni törədən E. Fərhadov isə Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq məsuliyyətə cəlb edilib. Qətl hadisəsinin baş vermə səbəbləri barədə rayon Prokurorluğundan əlavə məlumat verilməsə də, adıçəkilən şəxslərin arasında illərdən bəri davam edən köhnə ədavətin olduğu bildirilib.
Başqa bir mənbədən isə APA-ya bildirilib ki, həmin şəxslərin arasında qan davası olub.
Baş vermiş qanlı hadisə ilə bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, satma, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Oxşar yazılar

Bakıda GÖRÜLMƏMİŞ QƏZA: "Bolt" belə uçdu - HADİSƏ ANI - YENİLƏNİB
10 aprel 2025 , 16:42Şərurda 35 yaşlı kişi FACİƏLİ şəkildə öldü
10 aprel 2025 , 16:40
Aviaşirkətdə ŞOK hadisə: pilotlar siyasətçiyə görə dava etdilər
10 aprel 2025 , 16:19
Nardaranda bağ evlərindən 150 minlik OĞURLUQ - VİDEO
10 aprel 2025 , 15:51
Oğuzda qadın sürücü maşını aşırdı, 4 yaralı var
10 aprel 2025 , 14:56
Nazim Quliyevə HÖKM OXUNDU
10 aprel 2025 , 13:26Balakəndən TƏHLÜKƏLİ GÖRÜNTÜLƏR: polisə tabe olmayan "avtoş" belə qaçdı
10 aprel 2025 , 11:31